«Real» Falkaonu alır, Benzemanı satır

Madrid «Real»ı transfer mövsümünün başlanmasına az müddətin qaldığı bir vaxtda yeni məqsədlərini açıqlayıb.

168.az xəbər verir ki, «kral klubu»nun rəhbərliyi komandanın Madridin daha bir klubu olan «Atletiko»nun və Kolumbiya millisinin hücumçusu Radamel Falkaonu əldə etmək niyyətlərindən söz açıb. «Real» kolumbiyalı üçün 55 milyon avrosundan keçməyə razıdır.

Yayılan məlumatlara görə, əgər «Real» Falkaonu alsa, komandanın fransalı forvardı Kərim Benzema ilə yollarını ayıracaq. Yeri gəlmişkən, sonuncu ilə Fransanın PSJ klubu maraqlanmağa başlayıb.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə