“Sevilya”dan 3:2 hesablı qələbə (VİDEO)

İspaniya La Liqası 8-ci turunun son matçında “Sevilya” “Malyorka”nı qəbul edib. 168.az-ın məlumatına görə, matç qonaqlar üçün pis paşlamayıb.

4 dəqiqə ərzində 3 dəfə fərqlənən tərəflər fasiləyə “Malyorka”nın 2:1 üstünlüyü ilə yollanıb. Amma ikinci yarı meydan sahiblərinin təzyiqi altında keçib. Nəticədə “Sevilya” ona lazım olan iki topu vuraraq qarşılaşmadan 3:2 qalib ayrılıb.

8 turdan sonra “Sevilya” 14 xalla 5-ci, “Malyorka” isə 11 xalla 8-ci pillədədir. Turnir cədvəlinə isə 22 xalla “Barselona” və “Atletiko” Madrid başçılıq edir. “Real” 14 xalla 4-cü yerdə qərarlaşıb.

Sevilya" - "Malyorka" - 3:2
Qollar: Bigas, 26 (0:1), Neqredo, 29 (1:1), Hemed, 30 (1:2), Neqredo, 56 (2:2), Mendonka, 74 (3:2) 

 


[www.online-soccer.ru] Sevilla 3-2 Mallorca GOALS by all-goals

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə