Futbolda rekord: Bir oyunda 36 futbolçuya qırmızı vərəqə göstərildi (VİDEO)

Parayvayın gənclər çempionatında “Teniente Farina”-“Libertad” komandaları  arasında keçirilən matçda hakim rekord həddə-36 futbolçuya qırmızı vərəqə göstərib. 168.az “The Teleqraph” agentliyinə istinadən xəbər verir ki, əvvəlcə iki futbolçu dava etdiyinə görə hakim Hestor Hillen tərəfindən qırmızı vərəqə alıb.

Amma bununla sakitləşməyən gənclər yumruqlaşmanı davam etdiriblər. Onlara komanda yoldaşları və ehtiyat skamyasında əyləşən futbolçular da qoşulublar.

Bununla da hakim protokolda adları göstərilən 36 futbolçunun hamısına qırmızı vərəqə göstərib. Cəzalı futbolçular avtomatik olaraq növbəti turun oyunlarını buraxmalı olacaqlar. 

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə