Çempionlar Liqasında bir oyun başa çatıb

Futbol üzrə Avropa Çempionlar Liqasında lik qarşılaşma başa çatıb. «G» qrupunda mübarizə aparan Rusiyanın «Spartak» və Portuqaliyanın «Benfika» klubları Moskvada üz-üzə gəliblər. 168.az xəbər verir ki, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda bütün qollar birinci hissədə vurulub. Əvvəlcə 3-cü dəqiqədə «Spartak»ın oyunçusu Rafael Karioka fərqlənib. 32-ci dəqiqədə qonaqlar Limanın dəqiq zərbəsi ilə hesaba tarazlıq gətiriblər. 43-cü dəqiqədə isə meydan sahibləri Jardelin avtoqoluna seviniblər.

Qeyd edək ki, bu oyunla «Spartak» ilk üç xalını qazanıb. «Benfika» isə 1 xalla turnir cədvəlinin sonunda qərarlaşıb. «G» qrupunun lideri isə Kataloniyada «Spartak»ı, Lissabonda «Benfika»nı məğlubiyyətə uğradan «Barselona»dır. Yeri gəlmişkən, İspaniya nəhəngi bu gün doğma meydanda Şotlandiyanın «Seltik» klubu ilə qarşılaşacaq.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə