Çempionlar Liqası: “Mançester Y.” 0:2 hesabını 3:2 etdi (VİDEO)

UEFA Çempionlar Liqasının qrup oyunlarının 3-cü turuna start verilib. 168.az-ın məlumatına görə, H qrupunda İngiltərənin “Mançester Yunayted” klubu Portuqaliyanın “Braqa” komandasına 3:2 hesabı ilə qalib gəlib.

Hərçənd qarşılaşma “qırmızı şeytanlar” üçün pis başlayıb və artıq 20-ci dəqiqəyədək onlar 0:2 məğlub duruma düşüblər. Amma sonradan oyunda dönüş yaradan “MY” matçdan qalib ayrılaraq aktivinə daha 3 xal yazdırıb.

Qrupun digər görüşündə “Qalatasaray” Rumıniyanın “CFR Kluj” klubu ilə 1:1 heç-heçə edib. İlk yarıda məğlub duruma düşən “cim-bom” rəqibin 10 futbolçu ilə qalmasına rəğmən 11 metrlik cərimə cərbəsini də yerinə yetirə bilməyib.

H qrupu

"Qalatasaray" (Türkiyə) - "CFR Kluj" (Rumıniya) - 1:1
Qollar: Nounkeu, 19-avtoqol (0:1), Yılmaz, 77 (1:1)

"Mançester Yunayted" (İngiltərə) – "Braqa" (Portuqaliya) - 3:2 
Qollar: Alan, 2 (0:1), 20 (0:2), Hernandez, 25 (1:2), 75 (3:2), Evans, 62 (2:2)

 

 

O

Q

H

M

Qollar

Xallar

1

Mançester Yunayted

3

3

0

0

6-3

9

2

CFR Kluj

3

1

1

1

4-3

4

3

Braqa

3

1

0

2

4-5

3

4

Qalatasaray

3

0

1

2

1-4

1

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə