“Barselona” Çempionlar Liqasında 100-cü qələbəsini qazandı (VİDEO)

UEFA Çempionlar Liqasında İspaniyanın “Barselona” klubu Şotlandiya “Seltik”ini 2:1 məğlub etməklə ÇL-də 100-cü qələbəsini qazanıb. 168.az-ın məlumatına görə, Kataloniya təmsilçisi bu qələbəyə hakim tərəfindən artırılan 4-cü dəqiqədə nail olub.

Uzun müddət rəqibinin müqavimətini qıra bilməyən “Barsa” Albanın qolu ilə aktivinə növbəti 3 xalı yazdırıb. Bu qələbədən sonra kataloniyalılar qrupda 9 xalla vahid liderdilər.

Digər matçda Moskva “Spartak”ı “Benfika”nı 2:1 məğlub edərək iddialı olduğunu sübut edib.

G qrupu

"Spartak" (Moskva, Rusiya) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: Karioka, 3 (1:0), Lima, 32 (1:1), N.Jardel, 43-avtoqol (2:1)

"Barselona" (İspaniya) - "Seltik" (Şotlandiya) - 2:1
Qollar: Samaras, 18 (0:1), İniyesta, 45 (1:1), Alba, 90+4 (2:1)
 

 

 

O

Q

H

M

Qollar

Xallar

1

Barselona

3

3

0

0

7-3

9

2

Seltik

3

1

1

1

4-4

4

3

Spartak

3

1

0

2

6-7

3

4

Benfika

3

0

1

2

1-4

1

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə