Avropa Liqası: “Neftçi” “Rubin” imtahanından necə çıxacaq?

Bu gün UEFA Avropa Liqası qrup oyunlarının 3-cü turuna start verilir. 168.az-ın məlumatına görə, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Bakının “Neftçi” komandası Kazanda “Rubin” kubu ilə qarşılaşacaq.

Rusiya təmsilçisinin baş məşqçisi Kurban Berdiyev oyunöncəsi mətbuat konfransında bunları deyib:  “Neftçi”ni yaxşı tanıyırıq. Oyunları izləmək üçün adam göndərmişik. Yaxşı məlumatımız var. “Neftçi” güclü komandadır. 

“Neftçi” kollektiv oyunla güclüdür. Ancaq onunla bərabər, hər mövqedə güclü futbolçular var. Onlar taleyinin həll edə bilərlər.

Əmin deyiləm ki, sabah birmənalı biz qalib gələcəyik. “Neftçi” güclü komandadır və yaxşı futbol oynaya bilir. Biz də qələbə qazanmağa çalışacağıq. Təbii ki, biz ilk növbədə öz adımız yox, Rusiyaya görə oynayırıq”.

Komandamızın baş məşqçisi Böyüağa Hacıyev isə jurnalistlərlə görüşdə bunları deyib: “Rubin” güclü komandadır, ikiqat Rusiya çempionudur. Qurban Berdiyev çox gözəl komanda formalaşdırıb.

Mən “Neftçi”də çalışdığım il yarım müddətində hələ müdafiədən futbol oynatmamışam. Ümumiyyətlə, mən qorxaq kişiləri xoşlamıram. Kişi əgər bu adı daşıyırsa, qorxaq olmamalıdı. Çünki bu ad böyük hıərflə yazılır. O, qadından məhz bununla fərqlənir”.

H qrupu

21:00. "Rubin" (Kazan, Rusiya) - "Neftçi" (AZƏRBAYCAN)

22:00. "İnter" (İtaliya) - "Partizan" (Serbiya)

   

O

Q

H

M

Qollar

Xallar

1

İnter

2

1

1

0

5-3

4

2

Rubin

2

1

1

0

4-2

4

3

Neftçi

2

0

1

1

1-3

1

4

Partizan

2

0

1

1

0-2

1

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə