Avropa Liqası: “Neftçi” “Rubin”ə uduzdu (VİDEO)

UEFA Avropa Liqası qrup oyununun 3-cü turunda Bakının “Neftçi” klubu Kazanda “Rubin” komandası ilə qarşılaşıb. 168.az-ın məlumatına görə, matç meydan sahiblərinin minimal hesablı qələbəsilə başa çatıb-1:0.

Yeganə topu 16-cı dəqiqədə Kasayev vurub. Məğlub olmasına baxmayaraq paytaxt təmsilçimiz layiqli mübarizə aparıb. Bu komandalar iki həftədən sonra Bakıda qarşılaşacaq.

"Rubin" (Kazan, Rusiya) - "Neftçi" (AZƏRBAYCAN) - 1:0
Qol: Alan Kasayev, 16 (1:0)

“Rubin”: Sergey Rıjikov, Oleq Kuzmin, Kristian Ansaldi, Sesar Navas, Vitali Kaleşin, İvan Markano, Pablo Orbais, Bibras Natxo, Alan Kasayev, Gökdəniz, Salomon Rondon.

Ehtiyat oyuçular: Qyendrius Arlauskis, Roman Şaronov, Salvatore Bokketti, Aleksey Yeremenko, Gökhan Töre, Vladimir Dyadyun, Sergey Davıdov.

“Neftçi”: Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Bruno Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Mirhüseyn Seyidov (Araz Abdullayev, 52), Nikolas Kanales.

Ehtiyat oyunçular: Emil Balayev, Kərim Diniyev, Saşa Yunisoğlu, Elvin Yunuszadə, Araz Abdullayev, Kamil Nurəhmədov, Emin Mehdiyev. 

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə