Avropa Liqası: “Neftçi” və “Rubin”in baş məşqçiləri danışdı

UEFA Avropa Liqası qrup oyununun 3-cü turunda Bakının “Neftçi” klubu Kazanda “Rubin” komandası ilə qarşılaşıb. 168.az-ın məlumatına görə, 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan matçdan sonra keçirilən mətbuat konfransında komandamızın baş məşqçisi Böyükağa Hacıyev orta xəttdən narazı qaıdığını bildib:

“Neftçi”nin Avroliqada təcrübəsi “Rubin”ə nisbətən daha zəifdir. Rəqibimizin adı böyükdür. Xatırlayırsınızsa, “İnter”lə ev oyununda ilk hissədə elə də yaxşı oynamadıq. Ancaq ikinci hissədə futbolçular gözlərini açdılar və başa düşdülər ki, onlarla oynamaq olar".

Oyundan əvvəl futbolçularıma xəbərdarlıq etmişdim ki, ilk hissədə qol buraxmasaq, ikinci hissə bizim üçün daha asan olacaq. Təəssüf ki, alınmadı.  Bu oyunda əsasən orta xətdən razı deyiləm. Ümumilikdə, komanda pis oynamadı. Xüsusilə, İqor Mitreskinin başçılıq etdiyi müdafiə xətti yaxşı oyandı. O, “Spartak”da oynadığı gəncliyini xatırlatdı.

Bu oyunda bizim əsas problemimiz “qara işi” görən futbolçumuzun yoxluğu idi. Əgər meydançada “qara işi” görən futbolçu yoxdursa, o zaman hamıya çətin olacaq".

“Rubin”in baş məşqçisi Kurban Berdiyev isə mətbuat konfransında bunları bildirib: “Gözlənildiyi kimi, gərgin oyun keçdi. Demişdim ki, “Neftçi” oynamağı bacarır və əks-hücumlardan istifadə edir. Odur ki, ilk növbədə, bunun qabağını almalıydıq. Düşünürəm ki, bunu bacardıq. Öz imkanlarımızdan istifadə edə bildik. Düzdür, ikinci hissədə daha çox qol imkanımız oldu, amma təəssüf ki istifadə edə bilmədik”.

H qrupu

"Rubin" (Kazan, Rusiya) - "Neftçi" (AZƏRBAYCAN) - 1:0
Qol:
 Alan Kasayev, 16 (1:0)

"İnter" (İtaliya) - "Partizan" (Serbiya) - 1:0 
Qol:
 Palasio, 88 (1:0)

   

O

Q

H

M

Qollar

Xallar

1

İnter

3

2

1

0

6-3

7

2

Rubin

3

2

1

0

5-2

7

3

Neftçi

3

0

1

2

1-4

1

4

Partizan

3

0

1

2

0-3

1

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə