Messiyə «Qızıl buts» təqdim olundu

İspaniyanın «Barselona» klubunun və Argentina millisinin hücumçusu Leonel Messiyə Avropanın ən çox qol vuran oyunçularına verilən «Qızıl buts» mükafatı təqdim edilib.  168.az xəbər verir ki, qitədə 2011-2012-ci illər mövsümündə rəqib qapılarından 50 qol keçirmiş argentinalı ulduza mükafatı 1960-cı ildə «Barselona»nın tərkibində eyni mükafata sahib çıxmış Luis Suares təqdim edib.

Təntənəli təqdimat mərasimində Kataloniya klubunun prezidenti Sandro Rossel, komandanın bəzi üzvləri, həmçinin Messinin yaxınları və qohumları, İspaniyanın və dünyanın futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə