Maradona 52 yaşını qeyd edir (VİDEO)

Bu gün dünya futbolunun canlı əfsanəsi Diyeqo Armando Maradonanın 52 yaşı tamam olur. 168.az-ın məlumatına görə, 1986-ci ildə Argentina yığmasının tərkibində dünya çempionu olan Maradona həmin il planetin ən yaxşı futbolçusu seçilib.

1990-cı ildə isə argentinalı ulduz yığma komandasının tərkibində dünya ikincisi olub. O, Argentina millisinin heyətində 91 dəfə meydana çıxıb və 34 qola imza atıb.

Diyeqo “Arxentinos Xuniors”, “Boka Xuniors”, “Barselona”, “Napoli”, “Sevilya” və “Nyuells Old Boyz” klublarında çıxış edib.

2010-cu ildə ölkəsinin yığma komandasına rəhbərlik edən Maradona daha sonra Səudiyyə Ərəbistanının “Əl-Vəsl” klubunun baş məşqçisi olub və iyul ayında bu vəzifəsindən kənarlaşdırılıb. 

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə