«Bəs, bütün ölkəni necə kondisionerləşdirəcəklər?» (FUTBOL)

Futbol üzrə dünya çempionatı qışda keçirilə bilər

 

2022-ci il futbol üzrə dünya çempionatının qışda keçirilməsi Qətərdəki hədsiz yay istiliyi ilə bağlı yarana biləcək problemlərdən ən yaxşı çıxış yoludur. Bunu FİFA-nın vitse-prezidenti Cim Boys deyib.

«Bilirəm ki, onlar stadionlara kondisionerlər quraşdırmağı planlaşdırırlar. Bəs, bütün ölkəni necə kondisionerləşdirəcəklər? Minlərlə adam dünya çempionatına tamaşa etməyə gələcək. Bilmirəm, bu qədər adamı hədsiz istidə futboldan zövq almağa xahiş etmək olarmı? Hazırda ən əsas çıxış yolu çempionatı qışda keçirməkdir. Ancaq İngiltərə premyer-liqasının, eləcə də digər ölkə birinciliklərinin təşkilatçıları buna qarşı çıxırlar. Başa düşmək lazımdır ki, qışda Qətərdə hamı özünü yaxşı hiss edir».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə