Elnur Məmmədli idmançı karyerasına son qoyur

 

Pekin Yay Olimpiya Oyunlarının qalibi, cüdoçu Elnur Məmmədli idmançı karyerasına son qoyur. Cüdo Federasiyasının vitse-prezidenti Elnur Kələntərov «İdman-Azəraycan» telekanalında yayımlanmış proqramda bildirib ki, Elnurun vaxtilə aldığı ağır zədə ona karyerasını davam etdirməyə maneçilik törədir.

Bununla belə vitse-prezident gələcəkdə federasiyanın olimpiya çempionu ilə əməkdaşlıq quracağını istisna etməyib. Mövcud istiqamətdə müxtəlif variantların nəzərdən keçirildiyini deyən cənab Kələntərov Məmmədlinin cüdo məşqçisi kimi fəaliyyət göstərəcəyinin mümkünlüyündən də söz açıb. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə