Putin cüdoçu idi, taykvondoçu da oldu

Rusiya dövlət başçısına doqquzuncu dan qara kəmər diplomu təqdim edilib

Rusiya prezidenti Vladimir Putin taykvondo üzrə qara kəmər fəxri doqquzuncu dana layiq görülüb. Dövlət başçısı bununla əlaqədar diplomu şəxsən Ümumdünya Taykvondo Federasiyasının prezidenti koreyalı Çu Çhon Von təqdim edib. «Düşünmürəm ki, buna layiqəm. Belə hesab edək ki, tədbir bizim ölkədə bu döyüş növünü populyarlaşdırmaq, inkişaf etdirmək niyyətimizdən irəli gəlir», - deyə Putin məsələyə münasibət bildirib.

Qeyd edək ki, doqquzuncu dan fəxri qara kəmərə dünyada bir neçə nəfər layiq görülüb. Onların içərisində ABŞ, İspaniya, Pakistan, Xorvatiya, Honduras və İndoneziya liderləri var. Putinin isə hələ cavanlıq vaxtlarından idmanın cüdo növü ilə məşğul olduğu məlumdur və cüdoçu məharətini dəfələrlə nümayiş etdirib.

Onu da deyək ki, Rusiya prezidenti Vladmir Putin Koreya Respublikasının paytaxtı Seulda rəsmi səfərdədir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə