Ruslar elektrobus hazırladılar (FOTO)

Rusiyanın ilk elektrobusu, yəni elektrik enerjisi ilə işləyən avtobusu - NEFAZ-62992 müvafiq sertifikatla təmin olunub. Onun birdəfəyə hərəkət məsafəsi 200 kilometr nəzərdə tutulub. 168.az xəbər verir ki, elektrik avtobus NEFAZ-la KamAZ-ın birgə məhsuludur.

Şəkildən də göründüyü kimi, avtobusun arxa hissəsində akkumlyator funksiyası daşıyan batareya yerləşdirilib. Sistem özündə 48 kvt. enerjini saxlamaq iqtidarındadır. Enerjini doldurmaq üçünsə elektrobusa 8 saat lazımdır. Bu proses xüsusi hazırlanmış avadanlığın köməyi ilə 15-20 dəqiqə ərzində də gerçəkləşə bilər.

Qeyd edək ki, rusların yeni ixtirası müasir sistemlə təmin olunub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə