Yerin xilası üçün xüsusi qurğuya ehtiyac var?

Məşhur Apofis asteroidindən başqa daha iki iri göy cismi var ki, hərəkətləri yaxın vaxtlarda yer planeti ilə toqquşmaya gətirə bilər. 168.az xəbər verir ki, bunu «Energiya» raket-kosmik korporasiyasının rəhbəri Vitali Lopota bildirib.

V.Lopotanın sözlərinə görə, sözügedən cisimlərin yer ilə toqquşma ehtimalı azdır. Amma məsələni önəmsizləşdirmək olmaz. «Toqquşma baş versə, yerdə vəziyyət necə olacaq, bundan danışmağa dəyməz - qlobal miqyaslı qəza baş verəcək», - deyən alim onu da bildirib ki, xoşagəlməz hadisədən yaxa qurtarmaq üçün 70 ton yük qaldırmaq potensialına malik raket daşıyıcısına ehtiyac var. Bu qurğunun köməyi ilə asteroidin hərəkət trayektoriyasını dəyişmək olar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə