Telefonda hərə öz dilində danışacaq, hamı bir-birini başa düşəcək

Yaponiyanın “NTT Docomo” mobil operatoru noyabrın 1-də mobil telefon danışıqları üzrə tərcümə xidmətini istifadəyə verəcək. “NTT Docomo” mobil operatoru xidmətin iş prosesini “CEATEC” sərgisində nümayiş etdirib.

“lenta.ru” bildirir ki, tərcümə avtomatik və real vaxt rejimində həyata keçiriləcək. Müxtəlif dillərdə danışan abunəçilər xidmət vasitəsilə  bir-biriləri ilə rahat ünsiyyət saxlaya biləcəklər.

 Xidmətdən yalnız “Android 2.2” və daha yuxarı versiyalar ilə işləyən smartfonların sahibləri istifadə edə biləcəklər. Bunun üçün onlara xüsusi tətbiq quraşdırmaq lazımdır. İstifadəçi danışıq zamanı yalnız öz həmsöhbətinin cümləsinin tərcüməsini eşitməyəcək, həm də tərcümə edilmiş mətni telefonun ekranında görəcək. Tərcümənin həmişə düz olmamaq ehtimalı da var.

İstifadəyə verildikdə xidmət yapon dilindən ingilis və Koreya dillərinə, həmçinin əks-istiqamətə tərcümə xidməti təklif edəcək. Daha sonra dillərin siyahısı (alman, fransız, indoneziya, italyan, portuqal, ispan) artırılacaq.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə