Mürəkkəbli qələmləri Wi-Fi şəbəkəsinə qoşmaq mümkündür (VİDEO)

“Sky WiFi Smarten” mürəkkəbli qələmləri Wi-Fi şəbəkəsinə qoşmaq və “Evernote” xidmətindən istifadə etmək artıq mümkündür. 168.az xarici mətbuata istinadən xəbər verir ki, istifadəçinin “Livescribe” şirkətinin istehsalı olan qələmlər vasitəsilə vərəqə yazdığı və çəkdiyi hər bir şey qeydə alınır.

İstifadəçi özünün “Evernote” səhifəsində səsli qeydləri də dinləyə bilər. Qələmin klaviaturası yoxdur. Wi-Fi qapalı şəbəkisinə qoşularkən qələmin mürəkkəb olan ucuna toxunmaqla parol yığılır. QWERTY-klaviaturanın rəsmi isə vərəqdə əks olunub.

2 G yaddaşı olan “Sky WiFi Smartpen” qələmlərinin qiyməti 170 dollar, 4 G yaddaşla 200 dollar, 8 G yaddaşla olan 250 dollardır. 

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə