Nasist liderinin Nobel mükafatı almağa yaxın masajçısı (MİSTİKA)

Hitler Almaniyası mövcudiyyəti dönəmində mistik elementlərlə də zəngin olub. Nasitst rəhbərləri içərisində kifayət qədər həssas duyğulara malik şəxslərin mövcudluqları barədə də danışılır ki, onlardan ən məşhuru Feliks Karstendir. Hərçənd bəribaşdan deyək ki, qəhrəmanımız heç də əmr verən şəxslərdən deyildi.

Nasizmin əsas simalarından sayılan, Üçüncü reyxin daxili işlər naziri Henrix Himlerin şəxsi masajçısı olan bu adam 55 yaşında az qala Nobel mükafatı laureatı adını qazanacaqdı. Çünki hamını inandırmışdı ki, Himlerin bədəninə yaxın olmaqla öz həyatını təhlükəyə atan oyun oynayırmış. Bu missiyasını yerinə yetirərərkən heç də sovet kəşfiyyatı ilə hər hansı əlaqəsi də olmamışdı. Hər halda bağlı arxivlərdə bu barədə nəyinsə mövcudluğunu yalnız azacıq ehtimal etmək mümkündür.

Feliks Karsten Derptdə anadan olmuşdu. Alman və İsveç dillərində bu şəhər Dorpat adlandırılır. Daha əvvəllər isə almanlar bu yerə Dörpt deyiblər. Hazırda isə Derpt Estoniya şəhəri olan Tartudur. Karstenin anadan olduğu vaxt, yəni 1898-ci ilin 30 sentyabrında şəhər Romanovlar sülaləsinin hakimiyyəti altında idi.

Feliksin tərcümeyi-halı tarixçilərdə də belə qənaət formalaşdırır ki, bu adamın həyat yolu qəribəliklərlə zəngindir. Atası idarə rəisi vəzifəsini tutmuş Fridrix Karsten, anası isə Ştyünbinqdən olan (hazırda Avstriyada şəhər) Olqa olmuşdu. Böyük oktyabr inqilabından sonra, daha dəqiq desək, 1919-cu ildə F.Karsten özlərini «Pohan pohjad» (şimalın övladları) adlandıran fin-eston partiyazalırına qoşulur. Partizan komandanlığının köməyilə fin vətəndaşlığını əldə edir. Ona yenicə müstəqilliyinə qovuşmuş ölkənin vətəndaşlığı nə üçün lazım idi, hələ də maraqlı qalır. Feliksin özü də məsələyə aydınlıq gətirməyib.

Həmin vaxtlar artrit xəstəliyindən əziyyət çəkən Karsten Helsinqfors şəhərində olduğu müddətdə manual terapiyanı və masajın sirlərinə yiyələnməyə başlayır. Buradakı işlərindən danışan Feliks deyir ki, masajı tam boş-bekarçılıqdan öyrənib. Daha bir maraqlı fakt ondadır ki, bu adamın artritdən xəstə olduğunu və xəstəxanada yatdığını təsdiqləyən hər hansı sənəd yoxdur.

Finlandiya arxivlərində saxlanılan materiallardan belə görünür ki, Feliks bu ölkəyə 1919-cu ilin iyununda 1914-cü ildən orduda xidmət etdiyi göstərilmiş Edvard Aleksandr Karsten kimi gəlib. Bu adda pasportu da olub. Həmin vaxt Karsten xidmətlərinin dəyərləndirilməsini tələb edəndə məlum olub ki, Feliksin pasportunu daşıdığı şəxs başqasıdır. Belədə o, istefa vermək məcburiyyətində qalır. Bu işlə bağlı təhqiqatın aparılmasına başlayanda, yəni 1922-ci ilin yazında Feliks ölkədən qaçır.

1923-1925-ci illlərdə Berlində təhsilini davam etdirir və nəhayət çinli həkim Konun şagirdi olur. Deyilənə görə, Ko Tibetin məşhur ağ magiyasına bağlı imiş. Onun təcrübəsi isə daha çox yoqaya uyğun gəlirmiş. Bir dəfə adamların içərisində Karstenə müraciət edən Ko deyib: «Cavan oğlan, siz ümumiyyətlə heç nə bilmirsiniz. Ancaq mən 30 il müddətində məhz sizi gözləyirdim. Siz seçilmiş adamsınız».

Ko Çinə qayıdanda onun xəstələrinin əksəriyyəti Feliksin xəstələri oldular. Onlardan biri keçmiş Maklenburq hersoqu Adolf Fridrix masaj ustasını Niderland kralının həyat yoldaşına, öz doğma qardaşı Hendrikə məsləhət görür. Beləcə Karsten kral ailəsinin həkiminə çevrilir və 1928-ci ildə Hollandiyaya yollanır. Növbəti il «Manual terapiya» kitabının buraxır. Nəşrdə özünü fin masajisti kimi təqdim edir. 1934-cü ildə Almaniyaya gəlir və Berlindən 80 kilometr şimaldakı Harçvaldda məşhurlaşır. Üç ildən sonra Feliks İrmhard Noşşeffer adlı qadınla evlənir. Cütlüyün üç övladı olur.

Zadəgan təbəqələri ilə dostluq Karstenin işinə yarayır. 1939-cu ildə Henrix Himler onu qəbul edir. İkinci ilk görüşündə Feliksə deyir: «Alman professorlarının çoxu ilə məsləhətləşmələrim olub. Onların heç biri mənə kömək edə bilməyiblər. Mənə kömək edin, cənab professor».

Alman gizli polisinin (SS) rəhbəri həmin vaxt kəskin mədə ağrılarından əziyyət çəkirdi və mözücə nəticəsində Karstenin metodu dərdinə əlac olur. Hər seansdan sonra Himlerin vəziyyəti yaxşıya doğru gedir. Beləcə həkimə etimad yaranır və möhkəmlənir. SS rəhbəri onu hətta «mənim magiyalı buddam» da adlandırır. Feliksə Hernix arasında hansı söhbətlər gedirdi, bu, yalnız birinciyə məlumdur. Ona görə ki üzərindən neçə illər keçdikdən sonra ona inanmaq haradasa baron Münhauzenə inanmaq deməkdir. Deyək nəyə görə?

1952-ci ildə Karsten nüfuzlu Nobel mükafatını qazanmağa çox yaxın olur. Buna xüsusən də 1950-ci ildən Feliksin müharibədəki rolu ilə bağlı hesabat hazırlayan Niderland hökuməti çalışırdı. Sonradan həmin hesabat ölkənin Xarici İşlər Nazirliyinin seyfindən yoxa çıxır və nəhayət 2 oktyabr 1952-ci ildə üzə çıxarılaraq çap olunur.

Hesabatda F.Karsten insanları xilas edən böyük xeyirxah kimi təvir edilmişdi. Onun xidmətləri belə sıralanır: Himlerin çoxsaylı hollandı əfv etməsinə nail olmaq, bütün hollandların şərqi Avropaya köçürülməsirin qarşısını almaq (bu xidmətinə görə Niderland kraliçası onu ölkənin ali mükafatı sayılan «Oran Nassau ordeni» ilə təltif edib), müharibənin sonuna doğru konslagerlərdəki mindən artıq holland qadın məhbusun azadlığa çıxmalarını təmin etmək, Ümumdünya Yəhudi Konqresi ilə əlaqəyə girərək 62 min yəhudinin qırğından qurtulmasını, onların İsveçrəyə və İsveçə göndərilməsini təmin etmək, müttəfiq qoşunlarının yetişməsinədək konslagerlərdəki məhbusların məhvi ilə bağlı Hitlerin əmrinin ləğvini gerçəkləşdirmək, həmçinin Eysselmer gölü vasitəsilə Şimal dənizindən gələn suyun qarşısını alan bəndin partladılması planının həyata keçməsinə yol verməmək. Yeri gəlmişkən, sözügedən plannın reallaşması Haaqa və Klinqeldal şəhərlərinin tamamilə suyun altında qalması demək idi.

Maraqlıdır ki, F.Karstenin dələduz olduğunu ilk dəfə tarixçi Lui de Jonq demişdi. O, Feliksin qəhrəmanlığı ilə bağlı sübutların saxtalığını isbatlamışdı. Beləcə Karstenin xatirələrinin qiymətləndirilməsinə başlanılmışdı. Tezliklə başqa tədqiqatçılar da onun yalanlarını üzə çıxardılar. Araşdırmaçılar başlıca olaraq bu suala cavab axtarmağa başladılar: Himlerin masajisti qəhrəmandır, yoxsa axmaq fırıldaqçı? Cavab qeyri-adi idi. Belə nəticəyə gəlinir ki, o, ikisindən də olmuşdu. Və yekunda belə rəy də yaranır ki, Hitler Almaniyanın işlərinə təsir göstərmək üçün təkcə adi metodlardan deyil, eyni zamanda ağ mistikanın xidmətlərindən də bəhrələnilib.

Xeyirxah Karsten haqqında mif isə onun ölümü ilə aradan qalxır. Səhiyyə müşaviri vəzifəsini tutan Feliks 1960-cı ilin 16 aprelində İsveçdən Parisə o zamankı Fransa prezidenti Şarl de Qoldan Fəxri legion ordenini almaq üçün gedir. Yolda olarkən 61 yaşlı Karsten infarkt keçirir və dünyasını dəyişir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə