Keçmişdə «21 dekabr» yaşanıbmış (MARAQLI)

Dalay lamanın müəyyənləşdirdiyi 21 dekabr günü yaxınlaşdıqca dünyanın sonu ilə bağlı fikirlər daha çox səslənməkdədir. Mövcud mənada müxtəlif baxışlar da ortaya atılmaqdadır. Bu gün həmin baxışlardan daha maraqlısını, elmi əsaslandırma baxımından nisbətən tutarlısını təqdim etməyi düşünürük.

Ondan başlayaq ki, tədqiqatçılara Frank imperiyasının banisi Böyük Karlın lanqobardlar üzərindəki qələbəsi zamanı yaşanmış sirli hadisə rahatlıq vermir. Belə ki, həmin dövrdən qaldığı iddia olunan ağac növlərinin üzərində radioaktiv «karbon-14» anomal konsentrasiyasının izləri aşkarlanıb. Amerika astrofizikləri Edrian Melot və Brayan Tomas ehtimal edirlər ki, buna səbəb Günəşdə baş vermiş böyük miqyaslı partlayışdır.

774-775-ci illərə (həmin vaxt Frank dövləti imperiyaya çevrilməmişdi. İmperiya 800-cü ildə quruldu) aid fenomen barədə yalnız bu il xəbər tutulub. Ekspertlər ümumən anomaliyaya kosmik şüalanma ilə izah verirlər və ehtimal edirlər ki, ilkin orta əsrlərdə yaşanmış olay bununla bağlı idisə, o zaman günəşdə 1859-cu ildə baş vermiş və insanlıq tarixində ən güclü geomaqnit burulğanı sayılan şüalanmadan min dəfə artıq şüalanma baş verib. Belə bir vəziyyəti təsəvvürə gətirmək isə mümkünsüzdür. «Biz əldə edilmiş vəsaitləri diqqətlə araşdırdıq və müəyyənləşdirdik ki, partlayış 1859-cu ildəkindən yalnız 10-20 dəfə güclü olub», - deyə E.Melot məsələyə aydınlıq gətirib.

Amma tamamilə fərqli müstəvili partlayışın baş verdiyini iddia edənlər də var. Şərq astronomlarının yazılarında haradasa yuxarıdakı hadisəyə yaxın olayın yaşandığına dair qeydlərə rast gəlinir. Bir məsələ də var ki, həmin qeydlər haqqında bəhs etdiyimiz dövrə aid deyil. Melot isə bildirir ki, «Kapler» kosmik teleskopunun köməyilə əldə edilmiş məlumatlara görə, günəşəbənzər ulduzlar üçün vaxtdan-vaxta güclülüyü standartları aşan partlayışlar xarakterikdir. VIII əsrdə məhz belə bir partlayış fonunda radioaktiv aktivliyin artımı mümkündür. Tədqiqatçı eyni zamanda əlavə edir ki, Böyük Karlın lanqobardlarla döyüşündəki gözlənilməyən «maneçilik» hadisəsinin mahiyyəti də fərqli olub. Həmin fərqlilik karbon-14 maddəsinin tez bir zamanda işə düşməsini şərtləndirib. Böyük ehtimalla partlayış planetimizdən 100 işıq ili uzaqlıqda baş verib ki, onun gücü yerdə hiss ediləcək dərəcədə olub.

Belə bir hadisənin nəticələrinə gəldikdə, günəş bir neçə ay ərzində ayın gecələr verdiyi işıq kimi işıq saçmalı idi. Amma bu hadisə baş veribsə, o zaman nəyə görə onun barəsində hansısa əlyazmalarda və ya mənbələrdə məlumata rast gəlinmir. Digər tərəfdən, həmin hadisənin qalıqlarının olduğu ehtimal edilən vəsaitlər azdır. Hazırda yüz işıq ili radiusuna da diqqət yetirən astronmlar VIII əsrdə baş verdiyi təxminə olunan hadisənin törənməsinə gətirəcək hər hansı nişanə görmürlər.

Əgər günəşdə partayış müddəasını əsas götürsək, belə hallar nə qədər vaxtdan bir baş verir? «Kepler» aparatının hesablamalarına görə, bu, min ildə bir ya iki dəfə olur. Buna görə də belə demək mümkünsə, super partlayış yaxın zamanlarda baş verməsi mümkündür. Bəs, onun yaşanması özlüyündə hansı fəsadlara yol açar?

Karolinqlər (Böyük Karl bu sülalədən idi) dövründə günəşdə baş vermiş dəyişiklik məhsuldarlığın aşağı düşməsinə gətirə bilərdi. Eyni zamanda azon qatındakı dağınıqlıq səbəbindən dəri xərçəngi xəstəliyinin yayılması ehtimalı var. Həmin vaxt heç bir kommunikasiya olmamışdı. Amma 1859-cu ildə nəhəng geomaqnit burulğanı nəticəsində telefon rabitəsi sıradan çıxmışdı. Onu da deyək ki, XIX əsrdə dünyanın heç də hər yerində telefon rabitəsi və elektrik olmamışdı, evlər odun peçi ilə qızdırılırdı. İndi həyatımıza daxil olmuş internet, mobil telefon kimi yeniliklər isə ümumiyyətlə ağla gətirilmirdi.

Mütəxəssislərin bildirdiklərinə görə, əgər hazırda Böyük Karlın dövründə baş vermiş partlayışdan on dəfə artıq partlayış qeydə alınsa, neft və qaz xətləri, elektrik transformatorları, eləcə də elektrik qurğularının əksəriyyəti sıradan çıxacaq. Kommunikasiyanın bir-birilə sıx bağlılığını nəzərə alsaq, o zaman işıqlı dünyanın zülmətə qərq olacağına şübhə etməmək olar. Məsələnin isbatı üçün bu yaxınlarda ABŞ-da baş vermiş və ölkənin əhəmiyyətli qismini yerlə-yeksan etmiş «Sendi» qasırğasına diqqət yetirək. Qasırğa amerikalıları işıqsız, qazsız, susuz, istiliksiz qoydu. Hətta onlar özlərinə qida da tapa bilmirdilər. Təsəvvür edək ki, belə bir olay dünyanın hər yerində yaşanır…

Bütün bunlara görə mütəxəssislər hesab edirlər ki, elektirk və mikrosxemalar üzərində olan kommunikasiya sistemlərinin fövqəladə vəziyyətlər zamanı nə dərəcədə effektivliyi barədə yenidən düşünmək, onlara əsaslanmayan alternativlər formalaşdırmaq lazımdır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə