ABŞ-da seksual orientasiya müxtəlifliyi: pedofillikdən heyvanlarla seksin leqallaşmasınadək (MARAQLI)

ABŞ-da ötən il keçirilmiş prezident seçkisindən sonra ölkənin məşhur «Nyu york tayms» qəzeti yazdı ki, Amerikanın homoseksulları arasından olan qalib öz rəqibi üzərində üçün birə nisbətində üstünlük əldə etdi və bu, ümummilli miqyaslı zəfərin qazanılmasına gətirdi. Çox güman, artıq belə təqdimatdan təəccüblənməyə dəyməz. Çünki Birləşmiş Ştatlarda mavilərin sayı durmadan artmaqdadır. Statistika də məsələnin ciddiliyindən xəbər verir. Belə ki, tanınmış «Gallup» sorğu xidmətinin məlumatına görə, yaşı 65-dən yuxarı amerikalıların 1,9 faizi, 30-49 yaşındakıların 3,2 faizi, gənclərin isə 6,4 faizi fərqli seksual orientasiyaya malik olduqlarını bildiriblər.

Amerikada baş tutmuş sonuncu seçkidə namizədləri dəstəkləmiş qeyri-ənənəvi seksual orientasiyalı insanların təmsil olunduqları Geylərin və lezbiyanların qələbəsi Fondu (The Gay & Lesbian Victory Fund) hələ 2006-cı ildə bildirmişdi ki, bu qurumun dəstəklədiyi şəxslər içərisində federal və yerli hakimiyyət orqanlarına seçilənlər var. Fondun siyahısında Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatasının birinci qadın spikeri Nensi Pelosinin də adına rast gəlinir. Ümumən həmin vaxt Konqresdəki yerlərin və qubernator postlarının 200-dən çoxunu mavilərin və lezbiyanların hüquqlarını müdafiə edən şəxslər tutduğu bildirilir.

Sonradan bu say daha da artdı və 2012-ci ilin payızında tarixdə ilk dəfə olaraq Birləşmiş Ştatlar Senatına lezbiyanlığı birmənalı şəkildə bilinən xanım - 50 yaşlı Tammi Beldvin seçildi. O, Nümayəndələr Palatasında vaxtilə Viskonsin ştatını təmsil edirdi.

Hazırda ABŞ-ın qanunverici orqanları Amerika Psixiatrlar Assosiasiyasının (APA) siyahısında psixoloji gərginlik vəziyyəti kimi yer alan seksual orientasiyanın 30 halını leqallaşdırmaq istəyirlər. Buna əks mövqe tutan hüquq-müdafiə təşkilatı olan Amerika Ailə Assosiasiyası özünün «Amerika, hazır ol» (Get ready, America!) adlı hərəkatı ilə həyəcan təbili çalır və bəyan edir ki, 2012-ci ilin dekabrında Birləşmiş Ştatlar Konqresinə inçest, nekrofil, zoofil, pedofil tipli seksual orientasiyaların hüquqi və federal statusuna dair yeni təqdimatlar daxil olub. Yeri gəlmişkən, artıq pedofillik federal hakimiyyət tərəfindən faktiki olaraq müdafiə statusu əldə edib. 2009-cu ildə qəbul olunmuş «Homofoblar əleyhinə qanun» kimi tanınan sənədə görə, «seksual orientasiya» termini onun məna çalarları müəyyənləşmədən belə hüquqi cəhətdən müdafiə olunmuş kateqoriya olaraq dəyərləndirilir. Mövcud aktın belə demək mümkünsə, əhatə dairəsini genişləndirən Ağ Ev isə bildirib ki, məsələdə söhbət heç də qanunlardan getmir. «Başlıca məqam bizim əslində kim olmağımızdır». Təxminən belə: qeyri-ənənəvi seksual orientasiya pisdirsə, çalışın, mavi və ya lezbiyan olmayın!.. «Amerika missiyası» təşkilatı Ağ Evin belə mövqeyinə münasibət bildirərkən hiddətlə vurğulayır ki, pedofilliyin təbliğatının aparılması sonda uşaq seksinin leqallaşmasına gətirəcək.

Əslində isə Amerikada mövcud istiqamətdəki proses lap çoxdan başlayıb. Hələ 1973-cü ildən pedofilliyə baxış üçün ayrıca elmi baza formalaşdırılmışdı. O vaxt tədbirlər olduqca sərt idi. Hətta APA homoseksuallığı psixi hal siyahısından çıxartmışdı da. Yəni, məsələ sırf cinayət müstəvisində dəyərləndirilməli idi. Maraqlıdır ki, həmin APA 1998-ci ildə böyüklərin uşaqlarla seksinin neqativ potensialının şişirdildiyini bildirmişdi. Təşkilatın açıqlamasına görə, uşaqlıqda seksual zorakılığa məruz qalanların əksəriyyəti hadisənin mənfi seksual effektlərinin qalmadığını vurğulayırlar. Bundan sonra Amerikada kütləvi satışa məşhur «Barbi» kuklasının dostu sayılan plastik homoseksual Bill çıxarıldı.

2000-ci ildə isə Birləşmiş Ştatlarda bir çox katolik yepiskoplar homoseksuallara qarşı bütün qadağaların aradan qaldırılması tələbi ilə çıxış etdilər. Səbəb çox sadə idi - o zaman 3 mindən artıq din xadimi uşaqlara qarşı seksual təcavüzdə günahlandırılırdı və birincilər özlərini müdafiə üçün cəmiyyətdə polemika açmışdılar. Elə 2000-ci ildə Amerika ravvinləri və reformistləri sinaqoqunun konfransında sadomitlərin (sadomiya tarixi termindir. Deviant, yəni intensiv seksual fantaziyaya əsaslanmış seksual hərəkətin formasıdır. Əvvəllər bir sıra Avropa ölkələrinin kilsə və cinayət hüququnda bu barədə qeydlər var idi) rəsmi şəkildə bir-birilərilə nigaha girmələrinə icazə verildi. Sadomiyanı protestant sektalarının bir çoxu qəbul etdi. Bu sırada lüteranların, kalvinistlərin, yevangelistlərin və başqalarının adlarını çəkmək mümkündür.

2012-ci ildə ölkə pedofillərinin maraqlarının lobbiçiliyini aparan bir qrup Amerika psixiatrı APA-nın diaqnostik sorğu kitabçasında pedofillər üçün nəzərdə tutulmuş müəyyənləşmə metodunun dəyişdiriliməsini irəli sürdü və pedofillərin yeniyetmələrə meylli adamlar kimi təqdimatını təklif etdi. Eyni vaxtda Kanadanın bu dəfə psixoloqları bəyan etdilər ki, pedofillik istənilən digər seksual orientasiyadan fərqlənmir.

Ötən il nüfuzlu «Çikaqo Tribun»un yazdığına görə, Kaliforniya ştatının qanunvericiləri psixoterapevtlərin uşaqları və yeniyetmələri homoseksuallıqdan müalicə etmələrini yasaqlayan qanun çıxardılar. Tezliklə bu qanun psixoloqlar, ailə və nigah məsələləri üzrə məsləhətçilər, səhiyyə müəssisələri arasında geniş yayıldı. Bundan başqa sözügedən ştatda uşaqları zorakılıq hərəkətlərinə məruz qoyan şəxslər barədə çıxarılmış qanunlar mübahisələndirilməyə başlandı. Məsələn, seksual təcavüzə görə məhkum edilənlər onların məktəblər, parklar yaxınlığında yaşamalarına, yaşayış yerinə malik olmalarına qadağa qoyulmasına dair qanunları ədalətsiz adlandırdılar. Hətta iş o yerə çatdı ki, Seks və cəmiyyət üzrə Mərkəzin direktoru, Havay Universitetinin professoru Milton Diamond uşaq pornoqrafiyasının cəmiyyət üçün xeyirli iş olduğunu açıqladı. Alimin fikrincə, potensial zorakı şəxslər uşaq pornoqrafiyasını uşaqlarla seksin yerinə istifadə edərək özlərindəki mənfi enerjini çıxaracaqlar ki, bu da cinayətlərdən sığortalanmaq baxımından müsbət haldır.

Daha bir məraqlı məqama diqqət yetirək: 2012-ci ildə ABŞ-ın güc strukturlarının hərbçilərinə rəsmi şəkildə heyvanlarla sekslə məşğul olmaq icazəsi verildi. Bununla da vahid ədliyyə kodeksinin sadomiyanı yasaqlayan 125-ci maddəsi sıradan çıxdı. Bir müddət öncə isə Pentaqon bayram gey-paradı təşkil etməklə dünyanı təəccübləndirmişdi. Təbii ki, bu yerdə homoseksualların orduda xidmətini qadağan edən qanununun ləğvi də xüsusi vurğulanmalıdır. Prezident Barak Obamaya gəlincə, o, nəinki eyni cinslilərin nigahına icazə verdi, eyni zamanda rəsmi şəkildə seksual azlıqların huquqlarının müdafiəsi uğrunda mübarizəyə başladığını bildirərək bu mübarizəni Birləşmiş Ştatların xarici siyasətinin də prioriteti elan etdi. Obamanın ikinci müddətə prezident seçilməsindən sonrakı innaqurasiya nitqindəki bəzi fraqmentlərdən isə belə təəssürat yaranırdı ki, dünya homoseksuallarının hüquqlarının müdafiəsi tezliklə Amerikanın əsas missiyası elan olunacaq: «Bizim yolumuz qanun mavi qardaşlarımıza başqalarına yanaşdığı kimi yanaşmayanadək başa çatmayacaq. Biz böhranların idarə olunması üçün xaricdə imkanlarımızı genişləndirən institutlarla əlaqələrimizi gücləndirəcəyik. Asiyadan Afrikaya, Amerikadan Yaxın Şərqə qədər demokratiyanı dəstəkləcəyik. Çünki maraqlarımız və vicdanımız bizi azadlığa can atan şəxslərin adlarından çıxışa məcbur edir».

Sonda demokratiya ideyasının hansı tərzdə qəbuluna diqqət yetirək. Məsələ ilə bağlı bu günlərdə ABŞ ordusunda baş vermiş insidenti xatırlamaq istərdik. Xoşagəlməz olay sübut etdi ki, ABŞ-da haqqında geninə-boluna danışılan azadlıqların qavrayışı sahəsində ciddi problemlər mövcuddur. Belə ki, Birləşmiş Ştatların hərbi birləşmələrində 27 ildən artıq xidmət etmiş general Cefri Sinkler seksual xarakterli cinayətlərdə - pornoqrafiyanı yaymaqda, əmrində olan qadınları zorlamaqda, onlara qarşı alçaldıcı hərəkətlərə yol verməkdə təqsirli bilinərək məsuliyyətə cəlb olundu.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə