120 yaşlı striptizin tarixi

Striptizin açıq nümayişi ilk dəfə 120 il əvvəlin bu günlərində baş verib. Qeyri-adi hadisə məşhur «Mulen Ruj» kabaresinin səhnəsində yaşanıb. Əlbəttə, burada çılpaq Kleopatranın göstərilməsi böyük qalmaqala səbəb olur. Həmin qalmaqallı səhnə isə belə ssenariləşdirilmişdi: çox ahəstə bir musiqinin sədası altında Kleopatra özünün incə rəqsi ilə əynindəki paltarları bir-bir çıxarmışdı.

Məhz bu impavizasiya sonradan yüngül təbiətli fransızlar tərəfindən ingilis sözü olan «strip-tease» (zolaqlı sürtünən) kimi adlandırılmağa başlanır. Amma baş vermiş hadisənin təşkilatçılarına qarşı Mənəvi Dəyərlərin Müdafiəsi Liqasının prezidenti, hakim Rene Berenjerin təşəbbüsü ilə məhkəmə prosesinə start verilir. Məhkəmə müəyyənləşdirir ki, keçirilmiş bal peşəkar modellərin baxışı olub və orada söhbət heç də çılpaq qadınların əxlaqsızlığından getməyib. Yekun nəticədə «Mulen Ruj»dakı səhnəyə tamaşa edənlərin əksəriyyətinə rəmzi cərimə kəsilir.

Daha bir nəticə isə ondan ibarət olur ki, düşüncələrdə kabarenin striptiz və gecə klubu kimi əxlaqdan kənar yerin olduğuna dair təsəvvürlər təşəkkül tapır. Əlbəttə, bu obraz özünün yekun təqdimatını məşhur Hollivud filmi olan «Kabare»də də tapır.

Kabare müxtəliflikləri ilə özünü Almaniyada Veymar Respublikası zamanında göstərib və bu respublikadakı salonlar Fransada XIX əsrin sonunda, Almaniyada isə XX əsrin əvvəllərində siyasi və mədəni satira ilə cilalanmış artistik meydan səciyyəsini itirir. Müasir alman dilində isə «das Kabarett» sözü «aktual siyasi səhnə» mənasını verir, «kabarettist» isə estrada satiriki anlamındadır.

Əlbəttə kabareya müxtəlif vaxtlarda əylənmək, içmək və yemək üçün təşrif buyurublar. Axı, faransızcada «cabaret» «şərab məskəni» mənasını da daşıyır. Hələ XV əsrin ortalarında, kral Fransua Viyonun zamanında bu məskənlərdə akrobatlar, janqlyorlar, fokus ustaları çıxış nömrələrini həyata keçirirdilər, qonaqlar isə artistlərlə birgə oxuyurdular. XIX əsrin ortalarında isə fransız kafelərində başlıca əyləncə forması mahnı oxumaq idi.

İnsanlar Tanrı, sevgi, dostluq musiqilərini ifa edirdilər. Həmin vaxt şanson nəşr olunan qəzetlərin əsas xəbərinə çevrilirdi. Qəzetin çıxması üçün maliyyə imkanlarına ehtiyac var idi. Həmin maliyyə isə məhz kabare elanlarının yayılması hesabına toplanırdı. Qəzetlər eyni zamanda kabareləri demokratiya və etirazçı fikirlərin səsləndiyi nöqtə kimi təbliğ edirdilər. Orada bəşəri dəyərlərlə əlaqədar musiqilər səslənirdi. Elə striptizin yaranması da öz mənşəyini mahnılardan götürmüşdü. Bir qədər öncə haqqında bəhs etdiyimiz qoca Berenjerin də ələ salındığı mahnılardan.

Heç nə yerində dayanıb durmur. Zaman keçdikcə kabarelərdə, kafelərdə toplaşanlar sırasında siyasətçilər, ictimai xadimlərdən çox belə demək mümkünsə, incisənətə yeni ruh gətirmək istəyənlər yer alır. Birbaşa striptizin mənşəyinə gəlincə isə, bununla bağlı fikirlər müxtəlifdir. Bəzən bildirilir ki, o, öz başlanğıcını qədim zamanlarda çar İrodun qarşısında oynanılan Salomei rəqsindən götürüb. Ancaq Salomeinin adına nə İncildə, nə də başqa mənbələrdə rast gəlinir. Onun haqqında tarixçi İosif Flavi söhbət açsa da, rəqs barədə ətraflı yazmır.

Striptiz haqqında ilk yazılı mətn 1707-ci ilə aid «İspaniya müharibəsi» adlı fransız əsərində rast gəlinir. Orada göstərilir ki, cəmiyyətin zadəganları və musiqiçiləri müəyyən müddətə şəhərdən kənardakı məskənlərinə çəkilirdilər. Orada keçirdikləri hər üçüncü günü musiqiyə, rəqslərə həsr edirdilər. Rəqqaslar özlərindəki və sevgililərindəki ehtirası öldürmək üçün paltarlarını musiqi sədaları altında soyunurdular.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə