İnfeksion xəstəliklər diktatura quruluşlarına meyllidir (TƏDQİQAT)

Avtoritarizmlə yeni mübarizə üsulu tapılıb?

 

Britaniya Kolumbiyasının Kanada Universitetinin professoru Demian Murreyin rəhbərlik etdiyi alimlər qrupu infeksion xəstəliklərin siyasi quruluşa təsirini müəyyənləşdiriblər. Bu barədə Almaniyanın məşhur «Der Spiegel» nəşri tibb jurnalı olan «PorS One»a istinadən məlumat yayıb.

Tədqiqat nəticəsində o da müəyyənləşdirilib ki, infeksion xəstəliklərlə xəstələnmə göstəricisi daha çox avtoritar rejimlər üçün xarakterikdir. Məsələnin sadə izahı var. İş burasındadır ki, təhlükəli xəstəliklərin törəyicilərinin əksəriyyəti görünməzdir, onların yayılmasında hansısa mistik qüvvənin rolunun olduğu deyilir. Bu kimi təhlükələrdən qurtulmaq üçünsə başlıca vasitə adi normalara riayət etməkdir. Avtoritar rejimlərdəki korrupsiya və rüşvət halları tibbi sahədə də qayda-qanunların qorunmasını əngəlləyir. Məsuliyyət sahibləri öz missiyalarını unudurlar.

Alimlər tədqiqatları zamanı 31 ölkədən olan məlumatları istifadə ediblər. Onlar əsasən insan hüquqlarına riayət sahəsindəki vəziyyətə, insanların siyasi baxışlarına, iqtisadi göstəricilərə, malyariya və tif kimi xəstəliklərin yayılma xüsusiyyətlərinə diqqət yetiriblər.

Əlbəttə, aparılmış tədqiqatın düzgünlüyü barədə yekun fikir bildirilmir. Ancaq qeyd edilir ki, işin faydalılığı əsaslı təsdiqini tapsa, o zaman infeksiyalarla mübarizə müstəvisində təkcə insanların sağlamlığının yaxşılaşdırılmasına kömək göstərilməyəcək, eyni zamanda vətəndaş hüquqlarının və siyasi azadlıqların stimullaşdırılması mümkünləşəcək.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə