Putinin Berluskonidən öyrəndiyi nədir?

 

Rusiya prezidenti Vladimir Putin Rusiyanı və Rusiyanın kütləvi informasiya vasitələrini Brejnyev dövrünə qaytarır. Nüfuzlu «Financial Times»ın bu məqamı vurğulayan şərhçisi Saymon Kuper eyni zamanda bildirir ki, media mühitində Putin hər şeyi İtaliyanın eks-baş naziri Silviya Berluskonidən öyrənir. «Onlar hər ikisi bilirlər ki, mühüm telekanalları nəzarətdə götürməklə və orada təbliğat aparmaqla uzağa getmək mümkündür», - deyən siyasi icmalçının fikrincə, «Rusiya resepti»ndə televiziya italiyalılardakı, siyasət çinlilərdəki kimidir. Üstəlik, az-maz neft əlavəsi var. Ancaq Putin üçün televiziya prioritetdir. Stalindən və Brejnyevdən fərqli olaraq Rusiyanın dövlət başçısı televiziya üzərində total nəzarətə ehtiyacın olmadığını anlayır. Saytlar və qəzetlər isə ümumiyyətlə dövlətin nəzarətindən uzaqdır. «Rusiya maraqlı ölkədir. Burada informasiya adamları üçün tam mətbuat azadlığı mövcuddur, ancaq informasiya adamı olmayanlarda bir qram da azadlıq yoxdur».

Saymon Kuperin fikrincə, Rusiyada «ərəb baharı»na oxşar nə isə tam mümkünsüzdür. Onun sözlərinə görə, inqilab üçün işsiz adamlar kütləsi lazımdır. Rusiyada isə işsiz yoxdur. «İnsanların Təhrir medanına (Misirdəki Təhrir meydanı nəzərdə tutulur. İnqilab vaxtı insanlar ora toplaşmışdılar - red.) çıxmaq üçün sadəcə vaxtları yoxdur. Səhər tezdən işə gedirlər. Vəziyyəti yalnız bir şey dəyişə bilər ki, o da neftin qiymətidir».

Qeyd edək ki, S.Kuper məqaləsində uzun illər Rusiyada yaşamış Hollandiya vətəndaşı Derk Sauerin fikirlərinə müraciət edir. Sauer özünün Moskvada keçirdiyi dövrü üç mərhələyə bölür. Bunlardan birincisi 7-8 illik optimiz mərhələsidir. Hollandiyalının sözlərinə görə, sonradan onun həyatında sərhədsiz ehtiyaclar yaranıb. Hazırkı dövr isə çinizmlə xarakterikdir. Yəni Sauer ətrafında gördüklərinə hiddətlə yanaşır. «Kimin ki imkanı var, ölkəni tərk edir. Buna görə də bizim varlı məhəlləmiz boş qalıb. Gedə bilməyənlər dövlətdən uzaq durmağa və özünün bildiyi kimi yaşamağa çalışır».

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə