Lukaşenkoya görə Avropa utanmalıdır (İDDİA)

 

Avropa demokratiya ilə bağlı xidmətlərinə görə öyünür. Ancaq görəsən köhnə qitədəki dissidentlər bölgənin sonuncu diktatoru ilə nəyə görə bacara bilmirlər. Bu fikirlərin qeyd olunduğu məqalə nüfuzlu «Foreign Polisy»də gedib.

Məqalədə bildirilir ki, məşhur dramaturq Tom Stoppard Belarus prezidenti Aleksandr Lukaşenkoya qarşı tənqidi qadağan edən səhnələrə malik azad Belarus teatrını dəstəkləyir. Müxalifətçi və Belarusda keçmiş prezidentliyə namizəd Andrey Sannikov 16 aylıq həbs cəzasından sonra hesab edir ki, azadlığa məhz Stoppardın müdaxiləsi sayəsində çıxıb. Amma nə bu dissident, nə də dramaturq Lukaşenkoya qarşı əməlli başlı çıxa bilir.

Belarus insan hüquqlarına və vətəndaş azadlıqlarına riayət sayəsində dünyanın ən pis ölkələrindəndir. Rejim tez-tez seçkini və referendurumu imitasiya edir. «1990-cı illərin sonlarından ölkədə gizli «ölüm komandası» işləyir. Çoxlu sayda müxalifətçi itkin düşüb, bir çoxları siyasi məhbus həyatı yaşamağa məhkumdur» fikirlərinin əksini tapdığı məqalədə eyni zamanda Belarus «KQB»sinin vətəndaşları izlədiyi önə çəkilir. Vurğulanır ki, Lukaşenko siyasi fəallara qarşı kiber hücumlar da təşkil edir.

Yazıda belə qənaətə gəlinir ki, Belarus Avropanın kiçik və çirkli sirridir. Məhz belə bir ölkəyə görə avropalılar utanmalıdırlar, Avropa Birliyi isə məsuliyyət daşımalıdır. Qurum bütün dünyaya müqəddəs dəyərlər barədə mesaj göndərməkdənsə, öz ağzının içindəki ölkədə qanunsuzluğu aradan qaldırmalıdır.

Məqalədə habelə bildirilir ki, müxalifətçi Sannikov hazırda Londonda yaşayır. O, Qərbin həmvətənlərinin sıxılmasına seyrçi qaldığını təəccüblə izləyir. Sannikov Avropanın heç olmasa, öz dəyərləri üçün hərəkətə keçməyə çağırır. «Avropalılar düşünsünlər ki, Belarusda baş verənlər onlara təsir göstərəcək. Lukaşenko dünyanın digər yaramaz dövlətləri ilə əlaqələr qurdu, terrorçuları silahla təmin etdi. O, Qəzzafiyə, İrana, Sudana, Səddam Hüseynə, hər kəsə silah satdı», - deyən məqalə müəllifinin fikrincə, xüsusi maraqlar Qərbin Belarusla əlaqələrinə təsir göstərir. Avropa Birliyinin ölkələri olan Hollandiya və Latviya Belarus zavodlarının ucuz neft məhsullarını alırlar. Lukaşenko hakimiyyəti insanların izlənilməsi üçün İsveçin Ericsson şirkətinin avadanlıqlarından yararlanır. Böyük Britaniya isə 2012-ci ildə ölkəyə 3 milyon funt-sterlinq dəyərində silah satıb. Buna görə də Avropanın «sonuncu diktatura»nı dəstəklədiyini də söyləmək mümkündür. Qitə rəhbərləri Lukaşenko hakimiyyətini çarəsiz hal kimi dəyərləndirərək özlərini təmizə çıxarmağa çalışırlar.

Məqalədə Belarusun gələcəyinin heç də ümidverici olmadığı da önə çəkilir. Çünki rəsmi Minsk Kremlin orbitindən çıxa bilməyib. Belarusluların çoxu evlərində öz dillərində deyil, rusca danışırlar: «Ötən il Rusiya televiziyası Lukaşenko haqqında «Xaç batka» filmini nümayiş etdirdi. Bu dəyərləndirmə mafiyayaya yaraşan tərzdir. Lukaşenko da tez-tez Berluskoninin stilində hərəkət edir. O, özünü demək olar, dəli kimi aparır. Çünki Qərbin Belarusla əlaqələri kəsmək istəmədiyini yaxşı anlayır»

Belarusa qarşı sərt sanksiyaların tətbiqinin zəruriliyinə dair fikirlərin səsləndirildiyi məqalədə daha sonra bildirilir ki, Qərb Belarus cəmiyyətinə daha yaxın olmalıdır. Ölkəyə veloturlar təşkil edilməli, kurort zonalara səfərlər həyata keçirilməlidir. Bu kimi tədbirlərlə insanlara daha yaxın olmaq və onların söz azadlığını, qanunun aliliyini görmələri üçün şərait yaratmaq lazımdır. Əgər bu sayaq tədbirlər reallaşdırılsa, Belarus vətəndaşları vəziyyətlə barışmayacaqlar. Belə olmadıqca isə Lukaşenko Qərblə Rusiya arasıda manevr xətti tutaraq öz hakimiyyətini hələ uzun müddət sürdürəcək.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə