Ukraynadakı diaspor təşkilatlarımız yerli əhəmiyyətli festivalda iştirak ediblər

Ukrayna Azərbaycan Konqresi Dnepropetrovsk vilayət təşkilatı və Ukrayna Azərbaycan Gənclər Birliyi Dnepropetrovsk vilayət təşkilatı 24 sentyabr 2013-cü il tarixdə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində keçirilən festivalda iştrak edib.

UAGB-ın Krivoy Roq şəhər təşkilatının sədri Əsgər Quliyevin verdiyi məlumata gorə, hər il baş tutan bu tədbir artıq ənənə halını alıb.

Qeyd edək ki, tədbirdə başqa millətlərin numayəndələri - ukraynlar, gürcülər, polyaklar, yəhudilər, ruslar, almanlar və s. iştrak edib. Burada hər ölkənin diaspora nümayəndələri - öz milli adət-ənənlərini və mədəniyətlərini təmsil ediblər.

Ukrayna Azəbaycan Gənclər Birliynin Dnepropetrovsk vilayət təşkilatının sədri Elza Bəkirovanın  rəhbərlik etdiyi təşkilat xüsusi olaraq fərqlənib. Tədbirdə  Günay Qurbanova, Sunay Hacıyeva və “Savalan”  rəqs ansambılı iştrak edib.

Tədbirin sonunda Krivoy Roqda olan Azərbaycan diasporası adından yerli hakimiyətə əl işindən hazırlanmış Azərbaycan xalçası hədiyə edilib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə