Volkswagen 2,6 milyon avtomobilini geri çağırır

 

Alman avtokonserni Volkswagen dünya üzrə yayılmış 2,6 milyon avtomobilini geri çağırır. Buna səbəb maşınların yanacaq, yağ və işıq sistemində aşkarlanan problemlərdir.

İstehsalçıların qənaətincə, yanacaq sistemində problemlər konkret olaraq Amarok modellərdə çıxa bilər. Bunun üçün 239 min avtomobil geri çağrılacaq. Digər tərəfdən konsern bütün yeni modellərdəki yağ sisteminə əl gəzdirməyi nəzərdə tutur. Ehtimal edilir ki, hazırkı durum maşınların sürət qutularında fəsad yarada bilər. İşıq sistemində problemlər isə 2008-2011-ci illərdə istehsal olunmuş 800 min Tiguan modeli üçün xarakterik sayılır.

Qeyd edək ki, bu ilin oktyabrında məşhur Toyota avtokonserni kondisionerdəki problemlər səbəbindən 885 min avtomobilini geri çağırmışdı.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə