“Məcburi köçkün qızlarına İKT bilik və bacarıqlarının öyrədilməsi”

Gənclər Fondunun maliyyə dəstəyi ilə Qazaxda bu mövzuda layihə gerçəkləşdirilib

04 oktyabr – 05 dekabr 2013-cü il tarixlərdə Aərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Qazax şəhərində Süleymanov İsmayıl Siyavuş oğlunun “Məcburi köçkün qızlarına İKT bilik və bacarıqlarının öyrədilməsi” adlı layihəsi həyata keçirilmişdir. Layihə Qazax rayonunun işğal altında olan kəndlərindən məcburi köçkün həyatı yaşayan ailələrdən olan qızları (13-17 yaş) əhatə edirdi.

Layihənin məqsədi gənc qızlara informasiya və kommunikasiya texnologiyaları haqda bilik və bacarıqların – internet haqda ümumi məlumat, elektron poçtların açılması, sosial şəbəkələrlə (facebook, twitter, linkedin, youtube və s.) iş, bloqlarla iş (o cümlədən, foto və video bloqlar) – aşılanması, bu bacarıqlardan istifadə etməklə müharibə həqiqətlərini və onların sosial məişət problemlərini  işıqlandırmaq olmuşdur.

Layihə çərçivəsində 16 təlim keçirilmişdir. Təlimlər həftədə 2 dəfə (cümə və şənbə günləri) olmaqla, 2 qrup (hər qrupda 15 nəfər qız, cəmi otuz nəfər) üzrə keçirilmişdir.

Layihənin sonunda iştirakçılar sertifikatlarla, ən yaxşı bloq yazısının müəllifi olan 2 nəfər qız isə sertifikatlarla və flaş-kardlarla mükafatlandırılmışdırlar. 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə