“İnfotex” gənclərlə bağlı layihəsini başa çatdırıb

“İnfotex” Gənclik və Maarifçilik İctimai Birliyi Azərbaycan Gənclər Fondunun dəstəyilə həyata keçirdiyi “Gənclərin seçkilərlə bağlı maarifləndirilməsi və aktivliyinin artırılması” adlı layihənin icrasını başa çatdırıb. Bu barədə “İnfotex” GMİB-nin sədri, layihənin rəhbəri Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, sözügedən layihə cari lin sentyabr-noyabr aylarında Azərbaycanın Şəki, Şirvan, Cəlilabad, Tovuz və Göyçay şəhərlərində həyata keçirilib. Layihənin birinci mərhələsində gənclərə seçki qanunvericiliyilə bağlı ətraflı məlumat verilib, onların arasında maarifləndirmə işi aparılıb. Layihənin ikinci mərhələsində isə gənclərin iştirakı ilə 1 noyabr parlament seçkilərinin nəticələri müzakirə olunub.

“İnfotex” sədri onu da bildirib ki, layihənin həyata keçirildiyi rayonlarda seçki günü gənclərin yüksək aktivliyi müşahidə olunub.

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə