«Avram Linkoln» geri çəkilməyə məcbur olub

Hörmüz boğazından İran sahilləri yaxınlığınadək irəliləməyi bacaran ABŞ-ın «Avram Linkoln» qırıcı təyyarə daşıyan hərbi gəmisi Hind okeanına qayıtmaq məcburiyyətində qalıb.  168.az-ın BBC-yə istinadən yaydığı məlumata görə, bu, İranın patrul gəmisinin hərəkətə keçməsindən sonra baş verib. BBC-nin hadisə yerində olan müxbiri İranın dəniz patrulunun ABŞ gəmisinin təxminən 800 metrliyinədək çatdığını bildirib. 

Xarici kütləvi informasiya vasitələrinin məlumatlarında son həftə ərzində «Avram Linkoln»un Hörmüz boğazına artıq ikinci dəfə keçid etdiyi deyilir.


Qeyd edək ki, Hind okeanından Fars körfəzinə doğru çıxışda ABŞ-ın daha bir qırıcı təyyarə daşıyan gəmisi «Karl Vinson» da keşik çəkməkdədir.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə