Amerika Əsədin referendum təklifinə güldü

ABŞ prezident Bəşər Əsədin yeni konstitusiya üzrə Suriyada referendum keçirilməsi ilə bağlı təklifini gülünc adlandırıb. 


Bu barədə BBC ABŞ prezidenti Barak Obamanı Viskonsinə səfərdə müşaiyət edən Ağ Ev rəsmisi Cey Karniyə istinadən məlumat yayıb.

 

Jurnalistlərin suallarını təyyarəyə minərkən cavablandıran Karni deyib: «Göründüyü kimi, Suriyadakı islahatlar daha çox qəddarlıqla əvəzlənir. Ölkədə dinc nümayişlər başlayandan bəri verilən sözlərin heç birinə əməl olunmayıb. Əsədin bəyanatı Suriya inqilabına qarşı istehzalı münsibətdir».


Qeyd edək ki, Suriya hakimiyəti orqanları ölkədəki nümayişlərin heç də dinc xarakter daşımadığını bildirirlər.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə