Almaniya prezidenti istefa verdi

Səbəb dövlət başçısının pul kreditidir

Almaniya prezidenti Kristian Vulf (Christian Wulff) istefa verib. 168.az-ın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, buna səbəb onun üzləşdiyi ev kreditidir. Almaniya Prokurorluğunun artıq prezidentin toxunulmazlıq hüququnu əlindən almağa hazırlaşdığı bildirilir. Dövlət başçısı vəzifə səlahiyyətlərini aşmada təqsirli bilinir.

Bir neçə ay bundan əvvəl məlum olub ki, prezident 2008-ci ilin oktyabrında Aşağı Saksoniya vilayətinin baş naziri olarkən varlı biznesmenin xanımından 500 min avro ev krediti qəbul edib. 

Qeyd edək ki, Vulf Almaniya kansleri Angela Merkelin yaxın müttəfiqi sayılır. Xanım Merkelin cümə günü İtaliyaya başladığı səfərini yarımçıq qoyacağı və məsələ barədə bəyanat verəcəyi gözlənilir.

Almaniya mediası yazır ki, ölkədə müharibədən bəri belə bir böhran yaşanmayıb. Məsələnin almanlar arasında reytinqi yüksək olan kansler üçün də baş ağrısı ola biləcəyi vurğulanır.

Yeri gəlmişkən A.Merkel yarım saat əvvəl verdiyi açıqlamada Vulfun istefasından təəssüfləndiyini bildirib. Onun sözlərinə görə, prezident bu addımı ilə dövlət maraqlarını hər şeydən üstün tutduğunu isbatladı. Kansler partiyada prezident postu üçün namizədin müəyyənləşdirilməsinə dair məsləhətləşmələrə başladığını da vurğulayıb. 

 

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə