İran uranın zənginləşdirilməsi işini yerin altına keçirir

İran uranın zənginləşdirilməsi sahəsində apardığı işləri ölkənin Qum şəhərindəki yeraltı reaktorlara keçirməklə davam etdirəcək. 

168.az Avstriyadakı diplomatik mənbələrə əsaslanan BBC-yə istinadən xəbər verir ki, artıq bu məqsədlə reaktorlarda xüsusi qurğuların yerləşdirilməsi başa çatdırılıb.

Atom Enerji üzrə Beynəlxalq Agentlik (MAQATE) məlumata şərh verməkdən uzaq durur.

Bir sıra analitiklər isə hesab edirlər ki, İslam respubliksı tərəfindən belə bir addımın atılması ölkənin strateji obyektlərinə mümkün raket zərbələrindən qorunmaq məqsədi daşıya bilər.

Qeyd edək ki, yayılan məlumata hələlik İran tərəfinin də hər hansı reaksiyası yoxdur.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə