Fransa və İngiltərəyə İran neftinin nəqli dayandırıldı

İran Fransa və İngiltərəyə məxsus kompaniyalara neft satılmasını dayandırdığını bəyan edib. Ölkənin neft nazirliyinin mətbuat katibi Əli Rza Nikzad Rəhbərin məsələ ilə bağlı açıqlaması nazirliyin rəsmi saytında da yerləşdirilib. 

168.az nüfuzlu Qərb ekspertlərin fikirlərini təhlil edərək belə qənaətə gəlir ki, bu addım İran neftinin Avropaya daşınmasına qadağa qoyulması ilə bağlı Avropa Birliyinin qərarına cavab xarakteri daşıyıb.

Qeyd edək ki, AB-nin çıxardığı qərar hələlik qüvvəyə minməyib. Onu da deyək ki, bəzi icmalçılar İran neftinin Avropaya nəqli dayandırıldıqdan sonra digər neft ölkələrinin, xüsusən də Azərbaycanın bazardakı rolunun artacağını vurğulayırlar. Bununla belə onlar iqtisadi zəmindəki ziddiyyətlərin siyasi müstəviyə daşınmasının bölgədə fəsadlara yol açacağını da proqnozlaşdırırlar.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə