İran Azərbaycanla bağlı təkzibini BMT-dən də səsləndirdi

Rəsmi Tehran BMT təhlükəsizlik Şurasına İsrailin qanunsuz bildiyi hərəkətləri ilə bağlı ünvanladığı etiraz notasında İranın adının müxtəlif yerlərdə, o cümlədən Azərbaycanda terror aktı reallaşdırmaq istəyinə dair yayılan informasiyaları təkzib edib. 

168.az PRESS TV-yə istinadən xəbər verir ki, bununla əlaqədar etiraz məktubunu BMT-yə oxuyan ölkənin qurumdakı səfiri Məhəmməd Xəzai İsraili Tehrana qarşı çoxsaylı cinayət əməllərində günahlandırıb və bildirib ki, gizli əməliyyatlar, kiber və psixoloji gedişlər, nüvə alimlərinin qətli İranı müharibə ilə təhdid etməkdir.

Xəzai bildirib ki, İsrail rejiminin qanunsuzluğuna yol verilməsi onu belə hərəkətlərinin davamına həvəsləndirir və bütün bunlar BMT-nin təməl prinsiplərinin pozulmasına gətirib çıxarır. «İran özünün bəzi ölkələrdə - Tailandda, Hindistanda, Gürcüstanda və Azərbaycanda terror əməliyyatlarına bağlılığına dair informasiyaları qətiyyətlə inkar edir».

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə