Rusiyadan Bəşər Əsədin müdafiəsinə yönələn növbəti jest

Aleksandr Lukaşeviç: «Suriyada hakimiyyətə qarşı çıxan qüvvələrin dialoqa başlamaq üçün tələbi böyük ehtimalla hazırkı iqtidarın istefasından ibarət olacaq. Bunun yerinə yetirilməsi isə mümkünsüzdür»

Suriya müxalifəti hələlik dialoqa hazır deyil. Belə bir açıqlamanın müəllifi Rusiyanın Xarici İşlər Nazirliyinin təmsilçisi Aleksandr Lukaşeviçdir. XİN rəsminin sözlərinə görə, ayrı-ayrı müxalifət nümayəndələrinin mövcud istiqamətdə səsləndirdikləri fikirlər danışıqların tezliklə baş tutacağına dair nikbinlik yaratmır.

168.az Rusiya mediasına istinadən xəbər verir ki, A.Lukaşeviç «Suriyada hakimiyyətə qarşı çıxan qüvvələrin dialoqa başlamaq üçün tələbi böyük ehtimalla hazırkı iqtidarın istefasından ibarət olacaq. Bunun yerinə yetirilməsi isə mümkünsüzdür» deyib.

Qeyd edək ki, Suriyanın müxalifətçi milli şurasının rəhbəri Bürhan Gülyun BMT-nin Təhlükəsizlik Şurasının ölkədəki vəziyyətin tənzimlənməsinə dair sonuncu bəyanatını layiqli sənəd kimi qiymətləndirsə də, onun Suriya xalqının əsl tələblərinə cavab vermədiyini bildirib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə