Yeni Roma papası ilə məzələniblər: «Sən Roma papasısansa, mən də Napoleonam»

Məlum olduğu kimi, asketizmi ilə tanınan yeni Roma papası Fransisk əmək haqqı almaqdan imtina edib. Bunun müqabilində kahinə bəzi imtiyazlar veriləcək. Məsələn, o, bütün növ vergilərdən azad olunacaq, eyni zamanda Vatikanda mülklə təmin olunacaq. Ancaq o da məlumdur ki, qanuna görə, papa şəxsi mülkiyyətçi ola bilməz.

Son zamanlar Roma papası ilə bağlı ortaya çıxan maraqlı vəziyyətlərdən biri isə onun kahin dostu Adolfo Nikolasa zəng etməsilə əlaqədardır. Belə ki, dostu ilə telefon bağlantısı yaratmaq istəyən Fransisk bunu katibinin vasitəçiliyi olmadan həyata keçirmək niyyətinə düşüb. Papa telefonun dəstəyini götürüb və Vatikanın operatoruna bağlantı yaratması üçün özünü təqdim edib: «Alo, danışan Roma papasıdır». Roma papasının katibsiz zəng edə bilməsini ağlından keçirməyən operator onunla məzələnib: «Sən Roma papasısansa, mən də Napoleonam».

Fransisk məsələni təmkinli şəkildə izah etdikdən sonra telefonçu üzr istəyib və papanın dostu ilə söhbəti baş tutub.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə