Britaniya «qaralır» (HƏYƏCAN)

Böyük Britaniya beş ildən sonra Avropanın irqi baxımdan ən rəngarəng ölkəsi olacaq. 2050-ci ildə dünyanın ən rəngarəng ölkəsinə çevriləcək.

Ölkənin «Eksperss» qəzetinin «Kütləvi imiqrasiya ölkəmizi həmişəlik dəyişib» başlıqlı həyacan təbilinin çalındığı məqaləsində Kris Roykroft-Devid adlı müəllif bir sıra demoqrafik tədqiqatların nəticələrini müqayisə edir. Bildirir ki, Britaniyanın bəzi şəhərlərində ağ əhalinin doğum faizi qara əhalinin doğum faizindən qat-qat aşağıdır. Onun sözlərinə görə, yaxın vaxtlarda Birmingem şəhəri də eyni aqibətlə üzləşəcək. Üstəlik analoji vəziyyət Londonun bir sıra rayonları üçün də xarakterikdir. Məsələn paytaxtın olimpiya stadionunun yerləşdiyi Nyuhem rayonunda yalnız altı nəfərdən biri ağ britaniyalıdır.

Kris Roykroft-Devidin fikrincə, imiqrant axınının təhlükəli cəhəti heç də onların dərilərinin rəngində və ya iş tapa bilməməsində deyil. Başlıca məqam cəmiyyətin yeni vətəndaşların yaranmasının hədsiz sürətinə adekvat reaksiya göstərmək potensialının mövcudsuzluğudur.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə