86 yaşlı diktator 80 il müddətinə azadlıqdan məhrum edildi

Qvatemalanın keçmiş diktatoru Efrain Rios Montt soyqırımı cinayətinə görə 80 il müddətinə azadlıqdan məhrum edilib. Onun zamanında ölkənin hərbi kəşfiyyatına rəhbərlik etmiş general Xose Rodriges isə bəraət alıb.

Qeyd edək ki, Mərkəzi Amerika ölkəsi olan Qvatemalada 36 illik daxili münaqişə dönəmində çoxlu sayda diktator hökmranlıq edib. Onlardan yalnız 86 yaşlı Montt əleyhinə sübutların toplanması mümkün olub.

Onu da deyək ki, Montt hakimiyyətə 1982-ci ilin hərbi çevrilişi nəticəsində yiyələnib və 1983-cü ildə növbəti üsyanda devrilib. İl yarımlıq hakimiyyəti dövründə onun yerli əhaliyə qarşı çoxsaylı qanlı əməliyyatları hazırladığı və həyata keçirdiyi bildirilir. Hüquq-müdafiə təşkilatlarının hesablamalarına görə, həmin müddətdə 10 mindən artıq qvatemalalı qətlə yetirilib.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə