Avropa Birliyinə inam itir, fransızlar özlərini əclaf sayır (SORĞU)

 

Avropada keçirilmiş sorğunun fransızların özlərini dünyanın ən əclaf, yunanların isə ən etibarlı saymalarını müəyyənləşdirən nəticələri qəribə səslənə bilər. Sorğunu Vaşinqtonun «Pew Research Centre» adlı tədqiqat mərkəzi «köhnə qitə»nin səkkiz ölkəsində 7600-dən artıq respondentin iştirakı ilə təşkil edib. Rəyi soruşulanlara Avropa Birliyi, onların öz ölkələri və qonşu dövlətlər barədə suallar ünvanlanıb.

Sorğunun nəticələri Almaniyanın aradan qaldırılmasında hakim rol oynamağa çalışdığı avrozona böhranında yeni milli stereotiplərə dair ziddiyyətli təsəvvürlər formalaşdırır. Ancaq britaniyalılar da daxil olmaqla hər bir sorğu iştirakçısı hesab edir ki, almanlar Avropanın ən etibarlı millətidir. Bu fikirlə əvvəldə vurğuladığımız kimi, yalnız özlərini ən ali sayan yunanlar razılaşmırlar.

Sorğu Britaniya ilə Fransa arasındakı ənənəvi antaqonizmi də ortaya qoyması il xarakterikdir. Britaniyalılar Lan-Manş boğazının o tayındakı qonşularını ən etibarsız və əclaf sayıblar. Maraqlıdır ki, sorğunun nəticələri fransızlar arasındakı ziddiyyətlərin də göstəricisi sayıla bilər. Belə ki, onların müəyyən qismi özlərini Avropanın ən əclaf milləti kimi dəyərləndirib. Hər bir avropalı öz ölkəsini başqasının qayğısına qalma potensialına malik olaraq qiymətləndirib. Ancaq o da maraqlıdır ki, Fransa və Almaniyadakı sorğu iştirakçıları bu baxımdan üstünlüyü Britaniyaya veriblər. Belə bir nəticəyə sevinən Birləşmiş Krallığın Müstəqillik Partiyasının rəhbəri Naycel Farac bildirib ki, avrokratların milli stereotipləri alt-üst edə bilməməsi vacib məqamdır. Ümumən Britaniya, Fransa, Almaniya, İtaliya, İspaniya, Yunanıstan, Polşa və Çexiyada keçirilmiş sorğudan belə nəticə çıxır ki, Avropa Birliyi «köhnə qitə»nin yeni xəstəsidir. Ötən il AB-yə inam 65 faiz idisə, hazırda bu rəqəm 45 faizdir. Əlbəttə, bu cür nəticədə başlıca mövqe britaniyalılara məxsusdursa, fransızlar da avroskeptik rolunda çıxış etməyə meyllidirlər. Onların AB-yə münasibəti ötən il 60 faiz lehinəydi. 2012-ci ildə mövcud göstərici yalnız 41 faizə bərabərdir. Daha bir maraqlı məqam ondadır ki, AB məsələsində britaniyalıların özləri də iki hissəyə bölünürlər. Respondentlərin 46 faizi qurumda olmağın tərəfdarıdırsa, eyni faiz də oradan yer almamağı vacib sayır.

Nəhayət, sorğudan belə nəticəyə gəlmək mümkündür ki, davamlı iqtisadi böhran Avropada mərkəzdənqaçma meyllərini gücləndirib. Həmin meyllər isə Avropanın ictimai rəyini müxtəlif istiqamətlərə çəkir. Nəticə etibarilə fransızlar almanlardan, almanlar isə digərlərindən ayrılır. İqtisadi böhranın ən acı nəticəsi isə son 50 il ərzində yaradılmasına səylə çalışılan vahid Avropa ideyasına ciddi zərbənin vurulmasıdır.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların əksər hissəsi Avropanın lideri qismində Almaniyanın kansleri Angela Merkeli görür. Onun populyarlıq faizi 74-dür. Bu mənada ikinci yeri 37 faizlə Böyük Britaniyanın baş naziri Devid Kemeron tutur.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə