Bəşər Əsəd ABŞ-a: «2014-cü ilədək hakimiyyətdən getməyəcəyəm»

Suriya prezidenti Bəşər Əsəd ABŞ-a müraciət edərək bildirib ki, sülh danışıqlarının keçirilməsinə nail olmaq ölkəsindəki vətəndaş müharibəsini dayandırmaq iqtidarında deyil. Argentinanın «Clarin» qəzetinə müsahibəsində Əsəd 2014-cü ilədək, yəni prezident seçkisinədək hakimiyyətdən getmək niyyətində olmadığını vurğulayıb.

Qeyd edək ki, Rusiya və ABŞ iyulda Cenevrədə Suriya ilə bağlı konfrans düzənləməyi, münaqişə tərəfləri arasında sülh yaratmağı planlaşdırır. Lakin B.Əsəd bildirib ki, ona qarşı mübarizə aparan müxalifət sülh təklifini müzakirə etmək və nəticəyə gəlmək üçün həddən artıq dağınıqdır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə