Çexiyanın tarixində görünməmiş hadisə baş verib

Çexiyanın 23 yaşlı sakini Aleksandra Kinova ölkə tarixinə beş əkiz uşaq dünyaya gətirmiş ilk qadın kimi düşüb. Bu barədə məlumatı BBC yayıb.

Məlumatda bildirilir ki, körpələrdən biri qız, dördü oğlandır. Paytaxt Praqadan 20 kilometr uzaqlıqda yerləşən Miloviçe şəhərindəki doğum evlərinin birində doğulmuş uşaqların vəziyyəti normaldır. Qəhrəman ana da özünü yaxşı hiss edir.

Maraqlıdır ki, həkimlər Kinovaya əvvəlcə iki uşaq dünyaya gətirəcəyi barədə xəbər veriblər. Sonradan bu rəqəm 4-də qalxıb. Doğum günü isə müəyyənləşib ki, 23 yaşlı xanımın bətnində beş körpə var. 3 yaşlı uşaq anası olan Kinova yeni doğduğu övladlarına ad da fikirləşib: Deniel, Mixael, Aleks, Martin və Terezka.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə