Qəzzafinin varidatı haradadır?

Yəni CAR-dadır?

Cənubi Afrika Respublikasının Maliyyə Nazirliyi keçmiş Liviya lideri Müəmmar Qəzzafiyə məxsus çoxmilyonlu varidatın gizli şəkildə bu ölkəyə gətirilməsinə dair məsələni araşdırır.

168.az xəbər verir ki, məsələnin gündəmə gəlməsinə səbəb Liviyadan olan tədqiqatçılar qrupunun Qəzzafinin ailəsinə aid olduğu bildirilən qiymətli şeylərin, o cümlədən, qızılların, bəzək əşyalarının, çoxlu miqdarda pulun CAR-a aparılması ilə bağlı iddia səsləndirməsidir.

Qeyd edək ki, Liviya hökuməti 2011-ci ildə qətlə yetirilmiş Qəzzafinin müxtəlif ölkələrdə olan var-dövlətinin axtarılıb tapılması istiqamətində aktiv iş aparmaqdadır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə