Stalinin şəxsi arxivi ilə tanış olmaq imkanı yarandı

Artıq arzu edənlər keçmiş sovet diktatoru İosif Stalinin şəxsi arxivindən olan 100 minədək sənədlə tanış ola bilərlər. Çünki Rusiya Dövlət Arxivi SSRİ rəhbəri ilə bağlı bəzi materialların gizlilik qrifini aradan qaldırıb.

168.az xəbər verir ki, sözügedən qurum eyni zamanda Stalinlə əlaqədar materialları «Sovet dövrünün sənədləri» adlı yeni yaratdığı saytda yerləşdirib. Bunun üçün mütəxəssislər beş il iş aparıblar. Saytdakı «Stalin fondu» bölməsi beş kateqoriyaya bölünür - «Müəllif sənədləri», «Stalinin şəxsi kitabxanasında olan kitablar», «Bioqrafik sənədlər», «Stalinin 70 illiyi ilə əlaqədar təbriklər», «Stalinin xəstəliyi və ölümü ilə bağlı məktub və teleqramlar».

Qeyd edək ki, Rusiya Dövlət Arxivi həmçinin Xruşşov, Brejnyev və Molotov kimi keçmiş sovet liderlərinin həyat və yaradıcılıqları ilə bağlı oxşar elektron layihəni həyata keçirməyi planlaşdırır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə