İrana nüvə silahı verin! (ÇAĞIRIŞ)

 

Əgər biz əmin olsaq ki, İran nüvə silahına malik deyil və onu yaratmaq üçün az da olsa imkanı yoxdur, o zaman Yaxın Şərq daha təhlükəsiz yerə çevriləcək. Dünya ictimaiyyəti belə hesab edir. Əslində isə hər şey tam əksinədir. Bunu nüfuzlu «İndependent»in şərhçisi Piter Pophem bildirib. Onun sözlərinə görə, gec, ya tez İslam Respublikası silahlı münaqişəyə cəlb olunacaq. Hadisələrin belə axarından qaçmağın yeganə yolu nüvə silahıdır.

Siyasi müşahidəçi onu da bildirib ki, Şimali Koreya lideri Kim Çen İr və Liviya lideri Müəmmar Qəzzafi öz təcrübələrinə əsasən düşünmüşdülər ki, yalnız nüvə silahı əldə etməklə ABŞ-ı və onun müttəfiqlərini ölkələrini əzməkdən qurtara bilərlər. Nüvə silahı orta əsr şəhərlərinin mühafizələrinin müasir analoqudur.

Piter Pophem 20 il əvvəl «soyuq müharibə»nin başa çatdığını və böyük Corc Buşun yeni dünya düzəninin formalaşdığını elan etdiyini diqqətə çatdırıb. O bildirib ki, həmin vaxt ruslar oyundan çıxdılar və indi hərbi müdaxilə üçün casus belli prinsipini inkar edən Amerika dünyanı yenidən qurmağı bacardı. Mövcud siyasətin izlərini biz Əfqanıstanda, İraqda və Liviyada müşahidə edirik. Suriya da həmin istiqamətə doğru irəliləyir. 

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə