Berezovskinin 100 milyon funt borcu qalıb?

 

Böyük Britaniyada olduqca müəmmalı şəkildə ölü halda tapılmış rusiyalı oliqarx Boris Berezovskinin Birləşmiş Krallığın vergi sisteminə 100 milyon funt məbləğində borcu olub. Bu barədə məlumatı nüfuzlu «The Times» qəzeti yayıb.

Məqalədə bildirilir ki, maliyyə müfəttişliyi ilə bağlı fəaliyyət həyata keçirən «Grant Thornton» adlı beynəlxalq kompaniyanın nümayəndələri Berezovskinin ölümünə dair başlanmış məhkəmə prosesinə ifadə verərkən mərhum biznesmenin vergiləri ödəmək üçün kifayət qədər vəsait saxlamadığını açıqlayıblar. Ancaq oliqarxın ailəsinin vəkilləri məsələni inkar edirlər və «Grant Thornton» təşkilatının lazımi səviyyədə araşdırma aparmadığını vurğulayırlar.

«Berezovskinin ölümündən dörd il sonra onun maliyyə vəziyyətilə əlaqədar diskussiyalar güclənməyə başlayıb. O, 100 milyon funtu ofşor kompaniyalarda gizlədibmi? Yoxsa, ekstravaqant siyasi oyunlar, İngiltərədə uzun sürən məhkəmə prosesləri onu yandırdı?». Məqalədə bu kimi suallara da müraciət edilir.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə