Vladimir Putinin qəribə qanunu

 

Rusiya prezidenti Vladimir Putin idman yarışlarını seyr edən azarkeşlərin məsuliyyətinin gücləndirilməsini nəzərdə tutan qanunu təsdiqləyib. 168.az Rusiyanın kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, rəsmi adı «Azarkeşlər haqqında» qanun olan sənəddə bildirilir ki, rəsmi idman yarışlarında asayişi pozan şəxslər 15 min rus rublu məbləğində cərimələnəcəklər.

Qanuna görə, günahkarlar hətta törətdikləri cəzanın miqyasından asılı olaraq 160 saatlığa icbari işlərə də cəlb oluna bilərlər.  Bundan başqa asayişi kobud şəkildə pozmuş şəxslərin 7 ilədək rəsmi idman yarışlarına buraxılmasına da qadağanın tətbiqi mümkündür.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə