İran ali sərhəd qurumu yaradır NƏZARƏT

 

İranda Sərhədlərin Ali Təhlükəsizlik Şurası adlı qurum yaradılıb. Onun əsas vəzifəsi ölkənin ətraf aləmə, o cümlədən qonşu ölkələrə nəzarətini gücləndirməyə yönəlib. Bu barədə məlumatı İran İslam Respublikasının sərhəd təhlükəsizliyi qüvvələrinin komandanı, briqada generalı Hüseyn Zülfüqar verib.

168.az Rusiya kütləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, yeni orqan İranın Daxili İşlər Nazirliyinin fəaliyyətinə oxşar fəaliyyət göstərəcək və yeddi işçi qrupundan ibarət olacaq. General Zülfuqarın sözlərinə görə, Şuranın formalaşdırılması işində ölkənin təhlükəsizliyinə cavabdeh olan qurumların iş prinsiplərinə istinad ediləcək.

Qeyd edək ki, İran Əfqanıstanla, Ermənistanla, İraqla, Pakistanla, Türkiyə ilə, Türkmənistanla, o cümlədən Azərbaycanla sərhədə malikdir. Ölkənin quru sərhədinin uzunluğu 5440, su sərhəddinin uzunluğu isə 2420 kilometrdir. Hazırda İslam Respublikasının sərhədlərindəki ən böyük problem narkotik qaçaqmalçılığının artmasıdır.

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə