ABŞ kəşfiyyatı: kimyəvi silahın tətbiqinə görə günahkar Bəşər Əsəddir

Suriya liderinin ölkədən İrana qaçdığı da deyilir

 

«Ötən həftənin üçüncü günü Dəməşqdən şərqdə həyata keçirilmiş dəhşətli kimyəvi hücumdan sonra Suriyanın Müdafiə Nazirliyinin məmurlarından biri təlaşlı şəkildə kimyəvi qoşun birləşmələri komandanı ilə telefon əlaqəsi yaradaraq ondan min nəfərdən artıq insanın tələf olması ilə nəticələnmiş əsəb-iflic qazının tətbiqinə aydınlıq gətirməyi tələb edib». Nüfuzlu «Foreign Policy»da mövzu ilə bağlı dərc edilimiş məqalə belə başlayır.

Məqalədə bildirilir ki, ABŞ kəşfiyyatı məhz qeyd edilən telefon danışığını dinləyə bilib və məhz buna görə də Birləşmiş Ştatlar Suriya prezidenti Bəşər Əsədin kimyəvi silahın istifadəsində günahkar olduğunu iddia edir.

Bununla belə gizli olduğu deyilən telefon danışığının izlənilməsi yeni suallar doğurur. Kimyəvi silahın istifadəsində günahkar kimdir? Özünün vəzifə səlahiyyətlərini aşmış hansısa zabitmi? Yoxsa, doğrudandamı dəhşətli hücumu Əsədə yaxın dairələr dəqiq şəkildə hazırlayıblar?

ABŞ kəşfiyyatına Suriya hərbçilərinin hansı məntiqlə kimyəvi silahdan istifadə etdiyi də aydın deyil. Adı çəkilməyən mənbənin jurnala verdiyi məlumatda bildirilir: «Bizə dəqiqliyinədək məlum deyil ki, qaz hücumu nəyə görə baş verib. Ancaq onu bilirik ki, bu, çox axmaq addım olub».

Qeyd edək ki, dünya mətbuatında Bəşər Əsədin həyat yoldaşı ilə birlikdə İrana getdiyinə dair məlumatlar da yayılmaqdadır. Bunu İranın Xarici İşlər Nazirliyinin rəsmisi tərəfindən təsdiqləndiyi vurğulanır. Əsədin İrana getməsi ölkəsindən qaçmaq kimi dəyərləndirilməkdədir. 

Bax: İraq İrana qarşı kimyəvi silahdan istifadə edib, ABŞ isə susub

168.az

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə