Prezidentə qarşı sui-qəsd planı

 

Kolumbiyadan olan muzdlu qatillər Venesuela prezidenti Nikolas Maduronu öldürmək istəyiblər. Bunun qarşılığında isə 20 milyon Kolumbiya pesosu, yəni 10 min ABŞ dolları almalı imişlər.

168.az xarici mediaya istinadən xəbər verir ki, 18-22 yaşlarında iki şəxs hələ bu ilin avqustundan dövlət başçısına sui-qəsd hazırlayan 10 nəfərdən ibarət qruplaşmanın tərkibinə daxil olublar. Lakin bu günlərdə Venesuela polisi tərəfindən saxlanılıblar. Onlardan optik hədəfli silah-sursat, həmçinin prezidentin və parlament sədrinin foto-şəkilləri aşkarlanıb.

Məlumatda qeyd edilir ki, saxlanılanlar Maduroya qarşı əvvəllər də sui-qəsd hazırlayıblarmış. İstəklərini bu il iyulun 24-də «Beybi» əməliyyatı ilə gerçəkləşdirməyi də planlaşdırıblar. Ancaq güc strukturları hadisənin baş tutmasına maneçilik törədib. Rəsmi Karakasın açıqladığına görə, hər iki sui-qəsd cəhdinin əsas təşkilatçısı hazırda ABŞ-da olan, Venesuela və Kuba tərəfindən terrorçu kimi tanınan Luis Posadu Karrilesadır.

Çox oxunan xəbərlər

168.az sosial şəbəkələrdə